Riberi yığmada karyerasını başa vurdu

Sayta qoyulub: 18:46 13.08.2014 (185 dəfə oxunub)

Bavariyanın futbolçusu Frank Riberi Fransa yığmasında bir daha oynamayacağını bəyan edib.

"Mən yığmadan gedirəm. Fikrimcə indi ən yaxşı vaxtdır. Öz ailəmə və Bavariyaya daha çox vaxt ayırmaq istəyirəm . Fransanın böyük istedad potensialı var. Onlar öz şanslarına layiqdirlər.Çox maraqlı vaxtlarım olub. Milli komandada oyunlarımı heç zaman unutmayacağam, "- deyə Riberi bildirib.

 

Riberi yığmada karyerasını başa vurdu

XƏBƏR LENTİ