Namiq Ələsgərov: "Məni günahlandıranlar görəsən 6 ay pulsuz qala bilərlər"

Sayta qoyulub: 05:57 14.08.2014 (225 dəfə oxunub)

"Qarabağ"ın yeni transfer etdiyi "Bakı"nın yetirməsi Namiq Ələsgərov Ağdam klubuna səs-küylü transferindən danışıb. O, bunları söyləyib:

"Bakı"nın mənə görə "Qarabağ"dan pul tələb etməsi barədə heç nə deyə bilmərəm. Bu məsələ mənə aid deyil. Bir şeyi bilirəm ki, mən "Qarabağ"a qanuni şəkildə keçmişəm, heç bir qaydanı pozmamışam. Eşitmişəm ki, məni "Bakı"nı atıb getməkdə günahlandırırlar. Amma məni da başa düşmək lazımdı. Yarım il idi pul almırdım, amma oynayırdım. Daha nə etməliydim ki? Mən də yaşamalıyam, ailəmə çörək pulu qazanmalıyam. Məni günahlandıranlar özləri altı ay pulsuz qalarlar? Mən son ana kimi hər şeyin yaxşı olacağına ümid edib, gözlədim. Amma düzəlmədiyini görüncə özümə klub axtarmağa başladım".

XƏBƏR LENTİ