"Atletiko" daha bir futbolçunu transfer edir

Sayta qoyulub: 07:10 14.08.2014 (369 dəfə oxunub)

İspaniyanın Atletiko Madrid klubu Ukraynanın "Metallist" klubunun oyunçusu Xose Sosanın transferini başa vurmaq üzrədir. İspaniya mətbuatının yazdığına görə, 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə şəxsi müqavilə artıq razılaşdırılıb. Hazırda Sosanın menecerləri futbolçunun Xarkov klubu ilə olan müqaviləsini ikitərəfli olaraq ləğv etməyə çalışırlar. Çünki ispanlar Sosanın transferinə görə, pul ödəmək istəmir.

 

 

XƏBƏR LENTİ