"Rabitə"nin voleybolçusu Polşa klubunda

Sayta qoyulub: 07:36 14.08.2014 (74 dəfə oxunub)

Azərbaycan çempionu “Rabitə” daha bir voleybolçusunu icarəyə verib. Bakı təmsilçisinin amerikalı blokçusu Britni Kuper 2014/2015 mövsümünü Polşada keçirəcək.

“Rabitə”nin ötən mövsüm 3 illik müqavilə bağladığı 26 yaşlı oyunçu Azərbaycan millisinin hücumçusu Yana Ağayevanın da şərəfini qoruyacağı “Atom”la razılıq əldə edib. O, növbəti ili burada keçirdikdən sonra yenidən Bakı klubuna qayıdacaq.

Qeyd edək ki, “Rabitə” Kuperdən öncə Kristi Cekson, Fatu Diuk və Kayla Banvartı “İqtisadçı”ya, Gina Mankusonu “Tauron”a (Polşa), Reyçel Rurku isə “Heungkuk”a (Cənubi Koreya) icarəyə verib.

XƏBƏR LENTİ