Azərbaycan-Özbəkistan oyununun biletləri satışda

Sayta qoyulub: 07:39 14.08.2014 (88 dəfə oxunub)

Azərbaycan və Özbəkistan milli komandaları arasında yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Qarşılaşmaya biletləri oyunun keçiriləcəyi "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür.

Oyunu izləmək istəyənlər qiyməti 2, 4 və 20 manat olan biletləri indidən ala bilər. Avqustun 20-dəki görüş saat 21:00-da başlayacaq.

XƏBƏR LENTİ