Millimizin üzvü "Samsunspor"a keçir

Sayta qoyulub: 09:27 14.08.2014 (182 dəfə oxunub)

Azərbaycan millisinin daha bir futbolçusu karyerasını Türkiyənin 1-ci dəstəsində davam etdirə bilər. U-19 yığmamızın formasını geyinən Yusuf Hakimov “Samsunspor”a keçməyə hazırlaşır. Hazırda bu komandanın düşərgəsində olan gənc futbolçu baxışdadır. Samsunluların baş məşqçisi Ərhan Altın onunla bağlı qərarını məşqlərdən sonra verəcək.

 

Qeyd edək ki, çeçen əsilli milliləşən legioner Türkiyəyə yollananadək “Bakı”nın futbolçusu olub.

 

XƏBƏR LENTİ