"Qarabağ"-"Tvente" oyununu almanlar idarə edəcək

Sayta qoyulub: 11:14 14.08.2014 (110 dəfə oxunub)

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Tvente" oyununa təyinatlar açıqlanıb. Ağdam klubunun Hollandiya təmsilçisi ilə avqustun 21-də baş tutacaq ilk qarşılaşmasını almaniyalı hakimlər briqdası idarə edəcəklər. Baş hakim Manuel Qrafe təyin olunub. Onun köməkçiləri Holger Henşel və Kristian Gittelmann olacaq. 4-cü hakim funksiyasını isə Quido Vinkmann yerinə yetirəcək. UEFA nümayəndəsi Gürcüstandan olan Dmitri Bokeriya, hakim-inspektor isə Danimarkadan Yorrn Vest Larsendi.

XƏBƏR LENTİ