Bazelin futbolçusu Spartaka keçə bilər

Sayta qoyulub: 11:18 14.08.2014 (112 dəfə oxunub)

Bazelin mərkəz yarımmüdafiəçisi Fabian Fray Moskva Spartakına keçə bilər.

Blick-in məlumatına görə 25 yaşlı futbolçunu keçmiş çalışdırıcısı Murat Yakın gətirmək istəyir.

Spartakdan əlavə Ştutqart da Frayı almaqda maraqlıdır.

Transfermarkt.de-nin versiyasına görə futbolçunun dəyəri 4,25 milyon avrodur. Onun Bazellə 2017-ci ilə qədər müqaviləsi var.

 

Bazelin futbolçusu Spartaka keçə bilər

XƏBƏR LENTİ