"Xəzər-Lənkəran" hazırlığa başladı

Sayta qoyulub: 11:22 14.08.2014 (70 dəfə oxunub)

Topaz Premyer Liqasının II turu çərçivəsində evdə “Sumqayıt”ı qonaq edəcək “Xəzər Lənkəran” doğma arenada hazırlığa start verib. Dünən Lənkərandakı bazada ilk məşqlərinə çıxıblar. Cənublular bu gün və sabah da qarşılaşma üçün hazırlıqları davam etdirəcək.

Avqustun 16-da doğma meydanda “Sumqayıt”ı qəbul edəcək Oğuz Çətinin komandası öz azarkeşləri önündə mövsümün ilk oyununu keçirəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” 2014/2015 mövsümünün ilk turunda səfərdə AZAL-ın qonağ olub və qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

XƏBƏR LENTİ