NBA-da yeni mövsümün təqvimi məlum oldu

Sayta qoyulub: 11:52 14.08.2014 (83 dəfə oxunub)

NBA-da yeni mövsüm son çempion San Antonio Spursün də meydana çıxacağı  3 matçla start götürəcək.

2014-15 mövsümün müntəzəm çempionatı  29 oktyabrda başlayacaq.

Yeni mövsümün ilk günündə, Spurs ilə Dallas Mavericks, New Orleans Pelicans ilə Orlando Magic və Los Angeles Lakers ilə Houston Rockets qarşılaşacaq.

Yayda  Miami Heat-dən keçmiş komandası  Cleveland Cavaliersə keçən  LeBron Jamesin ilk oyunu  31 oktyabrda olacaq.

13 noyabrda Minnesota Timberwolves ilə Houston Rockets, Meksikanın paytaxtı Mexico Citydə, 15 dekabrda Milwaukee Bucks ilə New York Knicks, İngiltərənin  paytaxtı Londonda qarşılaşacaq.

 

All-Star matçı, 16 fevralda  New Yorkda Madison Square Garden-də baş tutacaq.

30 komandanın 82 oyun keçirəcəyi müntəxəm çempionat aprelin 16-da yekunlaşacaq. Play-offlar  19 apreldən iyuna qədər davam edəcək.


NBA-da yeni mövsümün təqvimi məlum oldu

XƏBƏR LENTİ