AFFA "Bakı" ilə bağlı bəyanat yaydı

Sayta qoyulub: 13:57 14.08.2014 (132 dəfə oxunub)

AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin “Bakı” Futbol Klubunun bəzi futbolçularına azad agent statusu verilməsi ilə bağlı açıqlama yayıb. AFFA-ın saytının yaydığı xəbərə görə, açıqlamada bildirilir ki, “Bakı”nın futbolçusu 

 
Əfran İsmayılov - 30.06.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 01.07.2013-cü il tarixdə “Bakı” ilə 2 illik peşəkar müqavilə bağlayıb. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürüb. Futbolçu bildirib ki, 2014-cü ilin fevral ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq,  heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Əfran İsmayılov komitəyə müraciət edərək müqavilənin ləğv olunması və ona azad agent statusu verilməsini xahiş edib. Komitə bu məsələ ilə bağlı kluba müraciət edərək futbolçunun müraciətinə münasibət bildirilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq İsmayılov Əfran və “Bakı” FK arasında olan 01.07.2013-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarıb.

 
Rauf Əliyev - 30.06.2014-cü il tarixdə Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 01.01.2013-cü il tarixdə “Bakı” ilə 2 illik peşəkar müqavilə bağlayıb. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürüb. Futbolçu bildirib ki, 2014-cü ilin fevral ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Rauf Əliyev komitəyə müraciət edərək ona azad agent statusu verilməsini xahiş edib. Komitə bu məsələ ilə bağlı kluba müraciət edərək futbolçunun məktubuna münasibət bildirilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə  əsaslanaraq Rauf Əliyev və “Bakı” FK arasında olan 01.01.2013-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarıb.
 
Namik Ələsgərov -
 30.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 01.07.2012-ci il tarixdə “Bakı” FK ilə üç illik peşəkar müqavilə bağlayıb. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürüb. Futbolçu bildirib ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Namik Ələsgərov komitəyə müraciət edərək müqaviləyə xitam verilərək ona azad agent statusu verilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Namik Ələsgərov və “Bakı” arasında olan 01.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarıb.
 
Şəhriyar Əliyev - 30.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 01.07.2012-ci il tarixdə “Bakı” ilə 3 illik peşəkar müqavilə bağlanıb. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürüb. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Şəhriyar Əliyev  komitəyə müraciət edərək müqavilənin ləğv olunaraq ona azad agent statusu verilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci müaddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Şəhriyar Əliyev və “Bakı” arasında olan 01.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya “azad agent” statusu verilməsi ilə bağlı qərar çıxarıb.
 
Vadim Abdullayev - 10.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 11.02.2011-ci il tarixdə “Bakı” FK ilə qüvvədə olma müddəti 30.06.2014-cü ildə bitən 3 illik peşəkar müqavilə bağlanıb. Futbolçu bildirib ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Vadim Abdullayev komitəyə müraciət edərək müqavilənin ləğv olunaraq  ona “azad agent” statusu verilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Vadim Abdullayev və “Bakı” arasında olan 11.02.2014-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya “azad agent” statusu verilməsi ilə bağlı qərar çıxarıb.
 
Vüqar Mustafayev - 16.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 20.07.2012-ci il tarixdə "Bakı" ilə peşəkar müqavilə bağlayıb. Futbolçu bildirib ki, 2014-cü ilin yanvar ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Vüqar Mustafayev komitəyə müraciət edərək ona azad agent statusu verilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci müaddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Vüqar Mustafayev və “Bakı” arasında olan 20.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarıb.
 
Elşən Rzazadə - 31.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Müraciətdə futbolçu bildirib ki, 20.07.2012-ci il tarixdə “Bakı” ilə peşəkar müqavilə bağlanıb. Futbolçu bildirib ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməyib. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmayıb. Bununla əlaqədar olaraq Elşən Rzazadə komitəyə müraciət edərək ona “azad agent” statusu verilməsini xahiş edib. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunub. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanarq Elşən Rzazadə və “Bakı” FK arasında olan 20.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarıb.
 
Məşqlərə görə kompensasiya

Məşqlərə görə kompensasiyanın ödənilməsi məsələsi ilə bağlı məlumat üçün bildirmək istəyirik ki,  AFFA-nın Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməsinin 3 saylı Əlavəsinin 2-ci maddəsi və FİFA-nın müvafiq əsasnaməsinin 4-cü əlavəsinin 2-ci maddəsinə əsasən məşqlər üçün kompensasiya aşağıdakı hallarda ödənilməlidir:

1. Oyunçu ilk dəfə peşəkar kimi qeydiyyatdan keçərsə və ya;
2. İki müxtəlif Assosiasiyanın klubları arasında futbolçunun transfer olunması baş verərsə.
 
AFFA-nın “Bakı” FK-ya maddi dəstəyi

AFFA “Bakı” FK-ya dəstək məqsədilə son üç ay ərzində klubun 55000 (əlli beş min) manat məbləğində kommunal xərclərini ödəmiş və klubun 2 əcnəbi futbolçusu olan Ruslan Levigaya görə 59975 (əlli doqquz min doqquz yüz yetmiş beş) və Tomash Tomovskiyə görə 78499 (yetmiş səkkiz min dörd yüz doxsan doqquz) ABŞ dolların məbləğində borcunu ödəyib.

XƏBƏR LENTİ