"Qarabağ" Ağdama gedəcək

Sayta qoyulub: 13:58 14.08.2014 (115 dəfə oxunub)

Məlum olduğu kimi, "Qarabağ" uzun aradan sonra 2013/14 mövsümünün sonunda ölkə çempionu oldu. Çempion komanda məlum səbəblərdən dolayı çempionluq kubokunu Bakıda almalı oldu. Amma klubun vitse-prezidenti Tahir Gözəl verdiyi açıqlamada bildirmişdi ki, kuboku görmək Ağdam camaatının haqqıdı və ən uyğun zamanda kubok bu şəhərə aparılıb, oradakı insanlara təqdim ediləcək. Avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanırdı. Artıq ölkə çempionunun Ağdama gedəcəyi tarix müəyyənləşib. "Qarabağ" başda Tahir Gözəl olmaqla çempionat və avrokuboklara milli oyunlar səbəbindən veriləcək fasilə zamanı Ağdama yollanacaq.

"Qarabağ"ın Ağdama səfəri sentyabrın 1-7-si aralığında baş tutacaq. 

XƏBƏR LENTİ