"Neftçi"nin aparıcı müdafiəçisi "Bakı"ya qarşı oynamayacaq

Sayta qoyulub: 14:19 14.08.2014 (100 dəfə oxunub)

Topaz Premyer Liqasının II turunda "Bakı"nı qəbul edəcək "Neftçi" hazırlıqlarını davam etdirir. "Ağ-qaralar"ın heyətində zədəli futbolçunun olmaması Böyükağa Hacıyevi sevindirir. Ancaq, bir futbolçu cəzalı durumdadır. Belə ki, ötən mövsüm "Simurq"la oyundan sonra 4 matçlıq cəza alan Elvin Yunuszadə "Bakı" ilə matçdan sonra, hələ qaşıdakı iki turda da komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, "Neftçi" - "Bakı" oyunu 16 avqust saat 19.00-da Bakcell Arena stadionunda keçiriləcək.

XƏBƏR LENTİ