Yaşar Seyidov: "Sabah həmin sənədləri PFL-ə təqdim edəcəyik"

Sayta qoyulub: 14:20 14.08.2014 (82 dəfə oxunub)

Məlum olduğu kimi, "Bakı" komandası üzərinə düşən öhdəçilikləri yerinə yetirmədiyi üçün, PFL tərəfindən Topaz Premyer Liqasının I turundakeçirəcəyi qarşılaşmaya buraxılmamışdı. Bundan sonra PFL prezidenti Ramin Musayev "Bakı" klubuna 15 avqusta kimi bu məsələləri həll etməsi üçün göstəriş vermişdi. Bəs, görəsən "Bakı" bu işin öhdəsindən gələ biləcək? Bu barədə "Bakı" klubunun icraçı direktoru Yaşar Seyidov bildirdi ki, problemlər həllini tapır:

"PFL-in bizdən istədiyi bütün sənədlər hazırlanıb. İnşallah sabah həmin sənədləri PFL-ə təqdim edəcəyik. Bir problem olacağını düşünmürəm."


Qeyd edək ki, "Bakı" II turda səfərdə "Neftçi" ilə üz-üzə gələcək.

XƏBƏR LENTİ