CAS Suaresin cəzasıyla bağlı yekun qərarı açıqladı

Sayta qoyulub: 15:54 14.08.2014 (742 dəfə oxunub)

İdman arbitraj məhkəməsi (CAS) "Barselona"nın yeni transferi Luis Suaresin cəzasını qismən yüngülləşdirib. Onun 4 aylıq rəsmi matçlarda iştirak etməyəcəyi dəqiqləşib, amma uruqvaylı futbolçu komandanın məşqlərinə qatıla biləcək. Bundan başqa, Suaresə yoldaşlıq oyunlarında meydana çıxmağına da icazə verilib. Bu isə o deməkdir ki, forvard avqustun 18-də Qamper kuboku uğrunda Meksikanın "Leon" klubuna qarşı oynaya biləcək. İlk rəsmi matçını isə Suares oktyabrın 26-da Madrid "Real"ına qarşı keçirə bilər.

CAS Suaresin cəzasıyla bağlı yekun qərarı açıqladı

XƏBƏR LENTİ