"Qarabağ"-"Inter" oyunu Bakıxanovda olacaq

Sayta qoyulub: 19:59 14.08.2014 (146 dəfə oxunub)

Azərbaycan Premyer Liqasının ikinci turunda keçiriləcək "Qarabağ" - "İnter" matçının məkanı və başlama saatı dəyişdirilib. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün "Qarabağ"- "Tvente" oyununa qədər ideal halda saxlanması üçün Ağdam təmsilçisi "İnter"i Bakıxanov qəsəbə stadionunda qəbul edəcək.

Qarşılaşma isə avqustun 16-ı, saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bundan əvvəl "Qarabağ" - "İnter" görüşünün saat 21:00-da başlanacağı açıqlanmışdı.

XƏBƏR LENTİ