"Qəbələ" Markinyosun keçidini rəsmiləşdirdi

Sayta qoyulub: 20:07 14.08.2014 (175 dəfə oxunub)

“Qəbələ” Rumıniyanın “Otselul” klubundan transfer etdiyi braziliyalı hücumçu Markinyos Kariokanın keçidini rəsmiləşdirib. Apasport.az xəbər verir ki, FİFA 22 yaşlı futbolçunun transfer vərəqəsini artıq kluba göndərib.

 Uzun müddətdir komandanın düşərgəsində olan hücumçunun keçidi ləngiyirdi. Lakin artıq bütün məsələlər yoluna qoyulub. O, “Qəbələ”nin Topaz Premyer Liqasının II turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi oyunda meydana çıxa bilər.

Qeyd edək ki, “Qəbələ” – “Araz Naxçıvan” oyunu avqustun 17-də saat 20:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.

XƏBƏR LENTİ