Azərbaycanın iki təmsilçisi növbəti mərhələdə

Sayta qoyulub: 15:27 17.05.2012 (206 dəfə oxunub)

Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib. Yrışda Belarus, Azərbaycan, Rusiya, Ermənistan, Avstraliya, Moldova, Qətər, Qazaxıstan və Latviya idmançıları mübarizə aparırlar.

Komandaların nümayəndələri və turnir iştirakçıları yarışdan öncə Viktor Liventsovun məzarını ziyarət ediblər. Yarışda Azərbaycan idmançılarından Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edirlər. Dünya çempionumuz Məcidov ilk döyüşdə ukraynalı İvan Bezverxiyi 21:7 hessabı ilə məğlub edib. Milli komandamızın üzvü ikinci döyüşünü rusiyalı Zelimxan Bataşevə qarşı keçirəcək. Elvin Məmişzadə də yarışa qələbə ilə başlayıb. Boksçumuz Qətəri təmsil edən Erlan Tamemovu aşkar üstünlüklə məğlub edib. Hacəliyev isə qazaxıstanlı Sabit Tuleberqenova 2 xal fərqlə uduzub. Abdulhəmidov ilk döyüşünü rusiyalı dünya çempionu Sergey Vodopyanova qarşı keçirəcək.

XƏBƏR LENTİ