Starkov və “Bakı”dan istefayla bağlı ilk açıqlama

Sayta qoyulub: 12:07 11.03.2012 (320 dəfə oxunub)

“Bakı”dan getməklə bağlı qərar vermək asan deyildi, ancaq  klubun və komandanın mənafeyi üçün bu addımı atdım”.- bu sözləri “Bakı” klubunun sabiq baş məşqçisi Aleksandr Starkov deyib.

O, komandaya gələcəkdə iştirak etdiyi yarışlarda uğurlar arzulayıb.

"Bakı" futbol klubunun baş meneceri Zeynal Məmmədov da məsələyə münasibət bildirib: “Biz “Bakı” futbol klubu olaraq, Aleksandr Starkova klubumuz üçün gördüyü işlərə görə minnətdarlığımızı bildirir və gələcək karyerasında uğurlar arzulayırıq".


"Bakı" klubunun mətbuat və marketinq departamentinin rəhbəri Nəriman Mehdiyev  bildirib ki, komandaya yeni baş məşqçinin nə vaxt - bu mövsüm, yoxsa növbəti mövsümdə təyin olunacağı haqda hələ məlumat yoxdur.

XƏBƏR LENTİ