Boksçumuz finalda məğlub oldu

Sayta qoyulub: 13:39 19.05.2012 (178 dəfə oxunub)

Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Quançjou şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı keçirilir. Azerisport.az xəbər verir ki, ölkəmizi təmsil edən Yelena Vıstropova bu turnirin finalına vəsiqə qazanmışdı.

75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bu gün həlledici görüşdə İngiltərə təmsilçisi Savanna Marşalla üz-üzə gəlib. Qarşılaşma boksçumuzun məğlubiyyəti ilə nəticələnib - 15:17.

Nəticədə, 23 yaşlı idmançımız DÇ-nin gümüş medallarına sahib çıxıb. Qeyd edək ki, o, həm də London Olimpiadasına vəsiqə əldə edib.

XƏBƏR LENTİ