"Azəryol" ÇL üçün iştirak ərizəsini CEV-ə göndərdi

Sayta qoyulub: 13:52 24.09.2014 (128 dəfə oxunub)

Bakının “Azəryol” klubu Çempionlar Liqası üçün ilkin sifariş vərəqəsini Avropa Voleybol Konfederasiyasına (CEV) göndərib. Super Liqanın gümüş mükafatçısı qitənin ən nüfuzlu klub turniri üçün iştirak ərizəsinə 12 oyunçunun adını daxil edib.

Bununla yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı “Azəryol”da yeni transferlərin də nömrələri məlum olub. Komandanın heyəti aşağıdakı kimidi:

 

1. Lenka Dürr, 2. Kseniya Kovalenko, 3. Anastasiya Qurbanova, 4. Oksana Kurt (Parxomenko), 5. Odina Bayramova (Əliyeva), 6. Yovana Brakoçeviç, 7. Lora Kitipova, 9. Andressa Pikussa, 11. Tabita Lav, 12. Yelena Nikoliç, 16. Ceyran Əliyeva, 17. Straşmira Filipova

 

Qeyd: qara şriftlərlə verilən oyunçular yeni voleybolçular, digərləri müqavilələrini artıranlardır.

XƏBƏR LENTİ