Polşa yiğmasının kapitanı "Azərreyl"də!

Sayta qoyulub: 09:11 21.05.2012 (279 dəfə oxunub)

“Azərreyl” növbəti transferlərini reallaşdırıb. "“Yolçəkənlər” Hollandiya yığmasından Debbi Stam, Polşa milli komandasından Milena Radeçkanın keçidini rəsmiləşdiriblər. Onların hər ikisi ilə 1 illik müqavilə imzalanıb. 

Hollandiya yığmasında 200 dən artıq oyun keçirən və Polşa millisinin kapitanı olan Radeçka Polşanın “Bank Fakro” klubundan transfer olunublar. 

Bununla da yeni baş məşqçi Alessandro Çiappinin komandaya gətirdiyi voleybolçuların sayı (rəsmi) 5-ə, hollandiyalıların sayı 3-ə çatıb. Debbi və Milenadan öncə Amerika yığmasından Meqan Hodj, Hollandiya milli komandasından Manon Flier və Karolina Vensink kimi ulduzların “Azərreyl”ə keçidi həll olunmuşdu.


Apasport.az

XƏBƏR LENTİ