"Azərreyl" Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək

Sayta qoyulub: 08:30 10.10.2014 (165 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu mövsümə beynəlxalq turnirlə başlayır. Ölkəmizi "Çağırış kuboku"nda təmsil edəcək komandamız Türkiyədə təşkil olunan "Çingiz Göllü Voleybol Turniri"ndə gücünü sınayacaq. Bursada keçirilən yarışda "Azərreyl"lə yanaşı, meydan sahibi "Bursa", "Vizura" (Sebiya) və "Maritsa" (Bolqarıstan) klubları da mübarizə aparırlar. 

Təmsilçimizin ilk rəqibi "Vizura"dır. İki gün davam edəcək turnirin reqlamentinə əsasən qalib gələn komandalar finalda, məğlublar isə üçüncülük uğrunda yarışacaqlar. 

 

Çingiz Göllü turniri

Bursa, Türkiyə

11 oktyabr

   18:00 "Vizura" - "Azərreyl"

   20:00 "Bursa" - "Maritsa"

12 oktyabr

   16:00 Üçüncü yer uğrunda

   18:00 Final 


XƏBƏR LENTİ