Günümüzün 10 penalti ustası

Sayta qoyulub: 09:46 12.10.2014 (1997 dəfə oxunub)

Günümüzün 10 penalti ustası

Futbolda ən həyəcanlı anlardan biri  penaltılərdir. Bəzi futbolçular var ki, nöqəyə yaxınlaşarkən nəticə əvvəlcədən məlumdur.Onlardan biri vaxtilə həmyerlimiz İqor Ponamaryov olub. Uzun müddət SSRİ çempionatlarında onun Çernomores Odessa komandasının kapitanı İqor Ploskina ilə qiyabi mübarizəsi olub. Lakin Çernomoresin kapitanının seriyasını 24-cü penaltidə tanınmış qapıçı Rinat Dasayev qıra bildi. Bununla da o , İqor Ponamaryovun rekrodsmen olmasına şərait yaratdı.
Bu günümüzün 10 ən güclü penalti ustası ilə sizi tanış edirik.

10 - Eden Hazard 
Hazard 23 yaşında olmasına baxmayaraq bu siyahıya daxil ola bilib. Belə ki, o , bu günə qədər 16 penaltinin hamısından yararlanıb.

9 - Frank Lampard 
Uzun illər Chelsea-də , bu ildəm isə  Manchester City-də oynayan  Lampard 49 penaltidən  43-ünü dəqiq yerinə yetirə bilib.

 

 

 

8 - Cristiano Ronaldo 
Cristiano Ronaldo bu günə qədər istifadə etdiyi 37 penalti zərbəindən yalnız 2-sində səhvə yol verib. Onun səhv etdiyi oyunlar isə Fənərbağça və  Ludogorets olub.

 

 

 

7 - Mario Balotelli 
İtaliyanın və Liverpoolun ulduzu Mario Balotelli də penaltı ustalarındandır. Balotelli 26 penaltidən yalnız bir dəfə , Napoli-yə qarşı oynanan matçda Jose Reina-nı məyus edə bilməyib.

 

 

 

6 - Giuseppe Rossi 
Hazırda Fiorentinada oynayan Rossi  13 penaltıdən 12-sini qola çevirib və  92.3 %-lik nəticəyə malikdir.

 

 

 

5- Ryad Boudebouz 
Tanınmış olmasa da  Ryad Boudebouz siyahıda yer alır. O , Fransada Bastianın formasını geyinir.  24 yaşlı futbolçu  12 penaltınin heç birində səhvə yol verməyib.

 

 

 

4- Leighton Baines 
Əgər David De Gea ötən həftə Bainesin penaltisini dəf etmsəydi , o da 100 %-lik nəticəyə malik olacaqdı.Hazırda  Baines 13-dən 12-sini qol etməklə 92.3 %-inə malikdir.

 

 

 

3 - Sejad Salihovic 
Salihovic Bosniya yığmasının standard vəziyyətlər ustasıdır. 24 penaltidən  21-ini qola çevirən  Salihovic ötən il Dortmunda vurduğu 2 penaltiylə komandasını bundesliqada saxlamışdı.

 

 

 

2 - Andrea Pirlo 
 

 

 

 

1 - Alessandro Del Piero 
 Bu siyahının zirvəsində italyan ulduz Del Piero yer alır. O , bu günə qədər  62 penaltini qola çevirib. Amma yaddaşlarda forvardın bu penaltisi qalıb.

 

 

 

XƏBƏR LENTİ