"Azərreyl" beynəlxalq turnirin qalibi oldu

Sayta qoyulub: 07:20 13.10.2014 (148 dəfə oxunub)

“Azərreyl” yeni mövsümə titulla start verib. Ölkəmizi “Çelenc Cup”da təmsil edəcək “dəmiryolçular” Bursada Çingiz Göllünün şərəfinə təşkil olunan yarışın qalibi adını qazanıblar.

Belə ki, Vüqar Əliyevin yetirmələri ilk qarşılaşmada Serbiyanın “Vizura” klubunu 3:1 (24:26; 21:25; 25:21; 18:2) hesabı ilə məğlub ediblər. Rəqib hətta son setdə 16 topluq fərq yarandıqdan sonra hissəni bitirməyə də ehtiyac duymayıb. Nəticədə “Azərreyl” finala yüksəlib.

Digər cütdə isə ev sahibi “Bursa BB” Bolqarıstanın “Maritsa” klubunu sınağa çəkib. Türklər 3:1 (25:27; 25:20; 25:13; 25:20) hesabı ilə qalib gələrək, “Azərreyl”ə rəqib olublar.

Həlledici görüşdə Bakı təmsilçisi daha inamlı təsir bağışlayaraq, “Bursa BB”dən güclü olduğunu sübut edib – 3:1 (25:21; 25:21; 18:25; 25:23).

 

Turnirin üçüncüsü adına “Maritsa”nı 3:0 (25:21; 25:19; 25:15) məğlub edən “Vizura” sahib olub. 

XƏBƏR LENTİ