Voleybol millimiz reytinqdə irəlilədi

Sayta qoyulub: 09:46 14.10.2014 (95 dəfə oxunub)

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb. İtaliyada yenicə başa çatan dünya çempionatının nəticələrinə əsasən, açıqlanan siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, komandamız mundialda ən pis nəticəsinə imza atıb, 15-ci olsa da, 8 pillə irəliləyib. Aktivinə 33 xal əlavə edən millimiz 36-cı yeri 29-a dəyişib. Hazırda yığmamız 35 xala malikdi.

Avropa çempionatının pley-off mərhələsində rəqibimiz olan Slovakiya yığması da irəliləyənlər sırasındadı. Şərqi avropalılar 7 pillə qabağa gedərək, 39-44-cü yerlərə şərik olublar.

Reytinq cədvəlinin ilk pilləsini dünya çempionu ABŞ ələ keçirib. Son siyahıda ikinci olan komanda 345 xalla mundialda bürünc medal qazanan Braziliya (310) ilə yerlərini dəyişiblər. İlk “üçlüyü” isə finalda ABŞ-a uduzan Çin qapayır. Asiyalılar 2 pillə irəliləməklə, xallarının sayını 276-ya çatdırıblar. 

XƏBƏR LENTİ