Rusiya klubu Azərbaycana gəlir

Sayta qoyulub: 17:58 15.10.2014 (329 dəfə oxunub)

Qadın voleybolçulardan ibarət Krasnodar “Dinamo”su bu gün Bakıya gələcək. Rusiya təmsilçisi paytaxtımızda “Azəryol”la 1 həftəlik birgə hazırlıq keçəcək.

Təlim-məşq toplanışı zamanı komandalar 2 sınaq görüşündə də güclərini yoxlayacaqlar. Bu matçlardan 1-i oktyabrın 19-na, digəri 21-nə təsadüf edəcək.

Ardınca təcrübəli mütəxəssis Konstantin Uşakovun rəhbərlik etdiyi “Dinamo” Rusiya Super Liqasının I turunda oynamaq üçün Bakıdan Kazana yollanaraq, həmklubları ilə qarşılaşacaq. 

XƏBƏR LENTİ