Vaqif Sadıqov: "Millimizə yeni sima lazımdır"

Sayta qoyulub: 10:15 17.10.2014 (95 dəfə oxunub)

Millimizin baş məşqçisi Berti Foqts bu gün rəsmən komandadan getdi. Futbol mütəxəssisi Vaqif Sadıqov bu məsələyə belə şərh verib:
 
"Mən bundan öncə də bildirmişdimki, Berti Foqts öz vicdanı qarşısında cavab verməlidir, yəqin ki, vicdanı icazə vermədi ki, Azərbaycan futbolunda fəaliyyətini davam etdirsin. Xorvatiya ilə oyundan sonra başa düşdü ki, Foqts çox güclü deyil ki, millimizi bu vəziyyətdən çıxarsın. Məncə, gedənin arxasınca danışmazlar. Bu 7 ildə millimizin bizi sevindirdiyi və məyus etdiyi oyunlar da olub. O, Azərbaycan millisinin baş məşqçisi olub, İndidən sonra artıq öz futbolumuz haqda fikirləşmək lazımdır. Elə addım atmaq lazımdır ki, bu millimizin xeyrinə olsun. Əgər mənə təklif gələrsə, fikrimcə, mən də digər mütəxəssislər kimi millidə çalışmaq istiyərdim. Amma mənə, milliyə yeni sima lazımdır".

XƏBƏR LENTİ