Böyükağa Hacıyev: "AFFA-dan təklif gəlsə, fikirləşərəm"

Sayta qoyulub: 10:20 17.10.2014 (127 dəfə oxunub)

Millimizin baş məşqçisi Berti Foqts bu gün rəsmən vəzifəsindən getdi. "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev Foqtsun istefasına və gələcək yeni baş məşqçi haqda bunları dilə gətirib:
 
"Berti Foqtsun getməyi artıq qlobal problemə çevrilmişdi və nəhayət bu problem də bu gün həll olundu. Yeni gələcək baş məşqçi istər yerli olsun, istərsə də əcnəbi. Hər şeydən vacib odur ki, Azərbaycan futbolçusunun psixologiyasını bilməlidir, ölkəmizin mentalitetinə bələd olmalıdır. Əgər yeni baş məşqçidə bu faktorlar olacaqsa, onda millini bu vəziyyətdən çıxarda bilər. Elə bir məşqçi lazımdır ki, futbolçularımızı əzbər tanısın".
 
Böyükağa Hacıyev millinin baş məşqçisi olar? sualına mütəxəssis belə cavab verdi:
 
"Gəlin utopiyadan danışmayaq, belə bir təklif yoxdur. Əgər AFFA-dan təklif gələrsə, bu barədə fikirləşərəm".

XƏBƏR LENTİ