İspaniya kuboku: 1/4 finalda El Klassiko baş tuta bilər

Sayta qoyulub: 12:00 17.10.2014 (357 dəfə oxunub)

İspaniya kubokunun 1/16 final mərhələsinin püşkü atılıb. Məhz bu mərhələdən yüksək divizionun komandaları mübarizəyə qoşulurlar. Kubokun son qalibi Madrid “Real”ı titulun müdafiəsinə “Kornelya” (3-cü divizion) ilə oyunla başlayacaq. Tam olaraq, cütlüklər aşağıdakı kimidir:

Ueska – Barselona, Kornelya – Real, Lospitalet – Atletiko, Alyokano – Atletik, Kadis – Vilyarreal. Ovyedo – Real Sosyedad, Sadabell – Sevilya, Alaves – Espanyol, Albasete – Levante, Las-Palmas – Selta, Betis – Almeriya, Valyadolid – Elçe, Rayo Valekano – Valensiya, Xetafe – Eybar, Qranada – Kordoba, Deportivo - Malaqa.

İlk oyunlar dekabrın 3-ü, cavab görüşləri isə həmin ayın 17-də keçiriləcək.

İspaniya kuboku: 1/4 finalda El Klassiko baş tuta bilər


XƏBƏR LENTİ