Bakı "İnter"ində radikal dəyişikliklər olacaq

Sayta qoyulub: 14:04 17.10.2014 (256 dəfə oxunub)

Bakının "İnter" klubu radikal dəyişikliklərə qərar verib. Bu barədə klubun prezidenti Georgi Nikolov məlumat verib. 

Onun sözlərinə görə, artıq "bankirlər" üçün yalnız daxili yarışlardakı nəticələr maraqlı sayılmır. Beynəlxalq arenada da klub özünü yaxşı tərəfdən göstərməlidir: "Amma bu, alınmır. Avropa Liqasında II təsnifat mərhələsinədək gəlir, sonra da bu və ya digər formada mübarizəni dayandırırıq. Öz görkəmimizi dəyişməliyik. Düzdür, futbolçular mərhələ keçmək üçün əsas vasitədir. Amma futbolçu və əməkdaşlara nə cürsə rəhbərlik etmək, motivasiya etmək, arqumentləşdirmək lazımdır ki, yaxşı işləsinlər. Məhz bu istiqamətdə dəyişməyə çalışırıq. Dəyişikliklər bütün kluba aiddir". 

Kluba əcnəbilərin də cəlb olunacağını deyən Nikolovun fikrincə, əsas məsələ heç də bununla bağlı deyil: "İstəməzdim ki, siz belə sensasion yolla gedəsiniz. Ən əsas məsələ nəticələrimizi dəyişdirəcək strukturun qurulması baxımından daxili yenilənmədir. Hələlik heç nə deməyəcəyəm. Çünki hələ heç nəyi həll etməmişik. Amma təşkilati cəhətdən yenidən qurulmağımızı nəzərdə tutmuşuk. Biz klub strukturunun tam daxili yenilənməsi işini aparırıq. Hazırda bu layihə üzərində işləyirəm. Hər şey həllini tapdıqdan sonra mətbuat konfransı keçirərək, sizi məlumatlandıracağıq". 

Klub prezidenti radikal dəyişikliklərə əl atma səbəblərini də açıqlayıb: "Biz müəyyən mərhələyə çatmışıq. Gələcəkdə də belə davam etmək olmaz. Nə cürsə başqa formada olmalıdır. Müəyyən məqamlara münasibətdə eyni cür davam etmək - yerində saymaq, deqredasiyadır. Ona görə də düşünürəm ki, başqa cür olmalıdır və mən bunu edəcəyəm. Hələlik heç kim istefa verməyib, hamı öz yerindədir, işləyir. Kardinal və kadr baxımından kimin qalacağı gələcəkdə həllini tapacaq". 

XƏBƏR LENTİ