Marselo Byelsadan böyük xeyirxahlıq

Sayta qoyulub: 22:00 17.10.2014 (333 dəfə oxunub)

Fransa çempionatının klubu  Olympique Marselin baş məşqçisi  Marcelo Bielsa, keçmiş komandası Newell's Old Boysa inanılmaz bir yardım göstərib.

Yeni baza inşa etmək üçün pul axtaran kluba Byelsa  2 milyon dollar bağışlayıb.

Klub rəhbərliyi buna görə  Bielsaya, "Futbol bazaya  sənin adını verək" təklifini edib.  Ancaq Bielsa, "Lazım deyil" deyə cavab verib.

1977-80-ci ilərdə Marcelo Bielsa məhz  Newell's Old Boyda oynayıb. Baş məşqçilik karyerasına da orada başlayıb.

 

Marselo Byelsadan böyük xeyirxahlıq

XƏBƏR LENTİ