"Neftçi" Araz Abdullayevi əvəzedici heyətə göndərdi

Sayta qoyulub: 16:19 18.10.2014 (160 dəfə oxunub)

"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev əvəzedici komandaya göndərilib. Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilmiş "Sumqayıt"a qarşı oyunda əvəzlənərkən baş məşqçi Arif Əsədovun əlini sıxmaqdan imtina edən futbolçu bu hərəkətinə görə cəzalandırılıb.

Bu barədə baş məşqçi ilə klub rəhbərliyinin görüşündə qərar qəbul edilib.

XƏBƏR LENTİ