Santyaqo Bernabeuda Messi yeni rekord müəyyənləşdirə bilər.

Sayta qoyulub: 22:22 18.10.2014 (946 dəfə oxunub)

İspaniya çempionatının 8-ci turunda Barselona Eybarı 3-0 hesabı ilə məğlubiyyətə uğradıb. Bununla da komanda 8-ci oyunda da qapısını toxunulmaz saxlayaraq rekordu təzələyib.

Bundan əlavə Lionel Messi primeroda qollarının sayını 250-yə çatdırıb. L liqanın tarixi ərzində bütün zamanların rekordsmeni Telmo Sarraya çatmaq üçün bir qol qalıb. Xatırladaq ki, Barselonanın primeroda növbəti oyunu Madriddə Reala qarşı olacaq.

Maraqlıdır ki, Eybarla oyunun son dəqiqələrində Eybarın qapıçısı Messinin zərbəsini qaytararaq fərqlənməsinə və rekordu Nou Kampda qırmasına imkan verməyib.


Santyaqo Bernabeuda Messi yeni rekord müəyyənləşdirə bilər.

XƏBƏR LENTİ