"Qəbələ"nin futbolçusu cəzalı duruma düşdü

Sayta qoyulub: 09:09 19.10.2014 (110 dəfə oxunub)

"Qəbələ" ciddi itki ilə üzləşib. Əyalət təmsilçisinin rumıniyalı üzvü Aleksandru Benqa cəzalı vəziyyətə düşüb. 25 yaşlı müdafiəçi dünən "Qarabağ"la qarşılaşmada dördüncü sarı vərəqəsini alaraq limiti doldurub. Qeyd edək ki, Aleksandru Benqa növbəti - IX tur çərçivəsində "Sumqayıt"la keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.

XƏBƏR LENTİ