"Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşdi

Sayta qoyulub: 12:29 03.11.2014 (153 dəfə oxunub)

UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib.

Klub saytının yaydığı xəbərə görə, bu qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadçuk və Marçin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.

 

"Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşdi

XƏBƏR LENTİ