PFL "Araz Naxçıvan"la bağlı araşdırma aparır

Sayta qoyulub: 13:50 03.11.2014 (206 dəfə oxunub)

Peşəkar Futbol Liqası (PFL) “Araz Naxçıvan” klubunun Azərbaycan Premyer Liqasını tərk etməsi ilə bağlı müraciətini araşdırır. Bu haqda qurumun mətbuat və ictimiayyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev bildirib.

“Bizə klub tərəfindən müraciət olunub. Hazırda həmin müraciətin verilmə səbəbini araşdırırıq. Araşdırmaq bitdikdən sonra ətraflı məlumat veriləcək” – deyə A.Şahgəldiyev qeyd edib.

Xatırladaq ki, bu gün “Arax Naxçıvan” klubu bəyanat yayaraq Azərbaycan Premyer Liqasında iştirakını dayandırdığını elan edib.

XƏBƏR LENTİ