Bakı "İnter"inə yeni idman direktoru təyin olundu

Sayta qoyulub: 18:35 03.11.2014 (69 dəfə oxunub)

Bakı "İnter"inə yeni idman direktoru təyin olundu

“İnter”in yeni idman direktorunun adı dəqiqləşib. Bu, hollandiyalı Roland Vromansdı.

Ötən ilin dekabrın 18-də AFFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən, Topaz Premyer Liqası klublarında əcnəbi idman-direktorlarının təyin olunması zəruridi. Məhz bu üzdən 47 yaşlı mütəxəssis bu aydan “İnter”in idman-direktoru vəzifəsinə təyin olunub.

 Bununla belə, ola bilsin Vromansın klubda vəzifəsi təkcə aşağı yaş qruplarına nəzarət etmək olmasın. “İnter”ə “Roda” Futbol Akademiyasından gələn hollandiyalının klubda vitse-prezident postunu da tutacağı istisna olunmur.

 Hər halda, buna bu həftə tam aydınlıq gələcək. Onu da bildirək ki, bundan öncə onun həmyerlilərindən “Qəbələ”də Stenli Brard, “Qarabağ”da Con van Loen və “Neftçi”də Yan Versleiyen idman-direktoru funksiyasını yerinə yetirir. 

 Qeyd edək ki, bundan öncə “İnter”də həmin vəzifəni Natiq Məmmədov icra edirdi. O, Kaxaber Sxadadze ilə yola getmədiyi üçün klubun sahibi Cahangir Hacıyevin göstərişi ilə tutduğu vəzifəsindən azad olunmuşdu. Məmmədovla birgə menecerlər – Sərxan Həsənovla Fərəc Əliyev də işdən çıxarılıb.

XƏBƏR LENTİ