Roxonun zədəsi ciddi çıxdı

Sayta qoyulub: 19:53 03.11.2014 (312 dəfə oxunub)

Аrgentinalı müdafiəçi Markos Roxonun zədəsi ciddi çıxıb. Futbolçu Mançester Siti ilə qarşılaşmada zədələnib. Onun çiyni çıxıb.Britaniya mətbuatının məlumatına görə müdafiəçi 3 ay oynamaya bilər.


Xatırladaq ki, bu gün səhər futbolçunun özü tvitter vasitəsilə zədənin ciddi olmadığını və həftə sonu oynayacağını bildirmişdi.


Mançester Yunaytedin premyer liqada növbəti oyunu şənbə günü Kristel Pelasa qarşıdır.

 

Roxonun zədəsi ciddi çıxdı

XƏBƏR LENTİ