Norveç Azərbaycanla oyun üçün heyəti açıqladı

Sayta qoyulub: 16:12 04.11.2014 (71 dəfə oxunub)

Norveç Azərbaycanla oyun üçün heyəti açıqladı

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Norveç yığmasının heyəti açıqlanıb. Bu barədə Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Belə ki, Per-Matias Hoqmo komandamızla oyun üçün 23 nəfər futbolçu çağırıb:

Qapıçılar: Rune Almenninq Yarsteyn (Herta), Steyn Qritebust (Olesun), Oryan Haskyold Niland (Molde)
 
Futbolçular: Mats Moller Dehli (Kardiff), Omar Elabdellaoui (Olimpiyakos), Tarik Elyounoussi (Hoffenheym), Veqard Forren (Molde), Fredrik Qulbrandsen (Molde), Steffen Haqen (Odd), Per Egil Flo (Molde), Tom Hoqli (Kobenhavn), Stefan Yohansen (Seltik), Alexander Soderlund (Rosenburq), Anders Konradsen (Renn), Martin Linnes (Molde), Havard Nielsen (Ayntraxt, Braunşvweig), Havard Nordtveit (Borussiya Münhenqladbax), Tore Reginiussen (Rosenburq), Con Samuelsen (Odd), Harmeet Sinq (Molde), Per Kilyan Skyelbred (Herta, Berlin), Alexander Tettey (Norviç), Martin Odeqaard (Stromsqodset).

XƏBƏR LENTİ