AFFA tərəfindən klublara verilən növbəti cəzalar

Sayta qoyulub: 16:21 04.11.2014 (46 dəfə oxunub)

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. İK Azərbaycan Premyer Liqasının 11-ci turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

“Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq”un 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 “Neftçi” – AZAL matçının 82-ci dəqiqəsində AZAL-ın futbolçusu Luis Ramos idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 “Qəbələ” – “Bakı” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Bakı” klubunun futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

XƏBƏR LENTİ