"Neftçi" "Bakı" ilə oynamaq istəyir

Sayta qoyulub: 13:26 05.11.2014 (30 dəfə oxunub)

"Neftçi" Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Simurq"la oyunun hazırlığına sabahdan etibarən start verəcək. Bakılılar hazırlıq prosesi çərçivəsində bir yoxlama oyunu keçirmək istəyindədi.

Bu məqsədlə "ağ-qaralar" "Bakı"ya təklif göndərib. "Zolaqlılar" yaxın günlərdə bu təklifə cavab verməlidilər. Tərəflər razılığa gələ bilsə, bu oyunun noyabrın 13-də keçirilməsi mümkündü.

XƏBƏR LENTİ