"Dnepr"in Bakıya gətirəcəyi heyət

Sayta qoyulub: 13:33 05.11.2014 (68 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsinin IV turunda sabah "Qarabağ"ın qonağı olacaq "Dnepr" klubunun Bakıya gələcək heyəti müəyyənləşib. Dneprpetrovsk təmsilçi paytaxtımıza 21 futbolçu ilə gələcək.

Zədədən sonra bərpa prosesi keçən Mateusla yanaşı, Vladimir Polevi, Aleksandr Miqunov, Leo Matos və Andrey Blizçenko komandanın Bakıya gələcək heyətindən çıxarılıb. 

Qapıçılar: Yan Laştuvku, Denis Boyko, Denis Şelixov

Müdafiəçilər: Aleksandr Vlad, Ondrjeya Mazuxa, Yevgeni Çeberyaçko, İvan Striniç, Duqlas, Valeri Luçkeviç, Artyom Fedetski

Yarımmüdafiəçilər: Dergey Kravçenko, Caba Kankava, Yevgeni Konoplyanka, Bruno Qama, Mladen Bartuloviç, Yevgeni Şaxov, Ruslan Rotan, Sergey Politulo

Hücumçular: Nikola Kaliniç, Yevgeni Seleznyov, Roman Zozulya.

XƏBƏR LENTİ