Tanınmış qapıçı hər şeyini satır

Sayta qoyulub: 14:34 05.11.2014 (158 dəfə oxunub)

Tanınmış qapıçı hər şeyini satır


İngiltərə millisinin keçmiş qapıçısı  David James yaşadığı iflasın ardından hər şeyini satmağa başlayıb.

Karyerası ərzində millidən əlavə  Liverpool və Manchester City kimi tanınmış klublarda çıxış edən  David James, həyat yoldaşı  Tanya ilə boşandıqdan sonra girdiyi borc bataqlığından qurtula bilməyib.Futbolçu bu günə qədər qazandığı  20 milyon sterlinqə yaxın sərvətini heç-puç edib.

Hazırda Hindistan superliqasında oynayan David James; Frank Lampard, Petr Cech, Michael Owen , Edwin van der Sar və digər  tanınmış ulduzların  formaları olan 150-yə yaxın  kolleksiyasını internet vasitəsilə auksiona çıxardıb.

Bundan əlavə 3 qapılı maşın , xüsusi velosiped, musiqi mərkəzi, hətta  Kraliça tərəfindən  verilən kubok  bardağını da açıq satışa qoyub.

Tanınmış qapıçı hər şeyini satır

Boşandığı həyat yoldaşı Tanyaya 2005-ci ildə  3 milyon sterlinq ödəmək məcburiyyətində qalan qapıçı karyerası ərzində  Watford, Liverpool, Aston Villa, West Ham, Manchester City, Portsmouth, Bristol City, Bournemouth və IBV komandalarında çıxış edib.


 

XƏBƏR LENTİ