İlin ən çox qazanan idmançıları məlum oldu. Ronaldo kimdən geri qaldı.

Sayta qoyulub: 14:42 05.11.2014 (203 dəfə oxunub)

Rusiyalı Mariya Şarapova 2014-cü ildə ən çox qazanan qadın idmançı olub. Bu məlumatı  Forbes jurnalı verib.27 yaşlı tennisçinin illik qazancı  24,4 milyon təşkil edib.

Ümumi sıralamada Şarapova  34-cü yerdə qərarlaşıb. Sıyahıda 2-ci yer karyerasını bir müddət əvəl başa vurmuş Li Naya qismət olub.Çinli tennisçinin gəliri 23,6 milyon olub. 3-cü yerdə isə amerikalı Serena Uilyams gedir . Onun qazancı  22 milyon olub.

Ümumi reytinqdə 5 şəki dərəcəsində dünya çempionu Floyd Meyvezer gedir. Boksçunun gəliri 105 milyon təşkil edib.2-ci yer  - 80 milyonla Realın futbolçusu Ronaldoya qismət olub. Ondan sonra isə  72,3 milyonluq qazancla Lebron Ceyms qərarlaşıb.

 

İlin ən çox qazanan idmançıları məlum oldu. Ronaldo kimdən geri qaldı.

XƏBƏR LENTİ