Boksçularımız Xabarovskda 5 medal qazandılar

Sayta qoyulub: 12:56 24.05.2012 (169 dəfə oxunub)

 

Boksçularımız Xabarovskda 5 medal qazandılar

Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş 4-cü beynəlxalq boks turnirinə yekun vurulub. 15 ölkənin nümayəndələrinin mübarizə apardığı turnirdə Azərbaycan komandası da iştirak edib. Boksçularımız Xabarovsk turnirində 1 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Superağır çəki dərəcəsində yarışan Fərid Şabanov finalda Çin Xalq Respublikasını təmsil edən Jibao Vanqı aşkar üstünlüklə məğlub edib. Belə ki, 3-cü raundda çinli məşqçilər ağ dəsmalı rinqə ataraq, Vanqın təslim olduğunu bildiriblər.  Pərviz Bağırov (64 kq) və Tural Əhmədov (52 kq) yalnız finalda uduzaraq, gümüş medala layiq görülüblər. Əhmədov finalda yerli boksçu Yaroslav Nalivaykoya 7:14 hesabı ilə məğlub olub. Bağırov isə Aleksandr Malininlə həlledici döyüşə çıxmayıb. Komandamıza bürünc medalları Kamran Mehdiyev (91 kq) və Rauf Rəhimov (81 kq) qazandırıb. Qeyd edək ki, komandamızın nümayəndə heyətinin rəhbəri Olimpiya oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov, məşqçi isə Rafiq İsmayılov olub. 

 

XƏBƏR LENTİ