Gənclərdən ibarət yığmalarımız “Çempionlar” turnirində iştirak edir

Sayta qoyulub: 12:45 26.05.2012 (260 dəfə oxunub)

25-27 may 2012-ci il tarixdə Türkiyənin Ankara şəhərində güləş üzrə gənclər arasında XV “Çempionlar” beynəlxalq turniri keçirilir. Qeyd olunan turnirdə 2012-ci ilin təqvim planına əsasən, hər üç güləş növü üzrə yığma komandanın iştirakı nəzərdə tutulub.

Gənc qızlardan ibarət yığmamızın heyətində böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Aydan Səfərli (44 kq), Şəfəq Muradzadə (48 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb.

Sərbəst güləşçilər məşqçi Elnur Aslanovun rəhbərliyi altında 5 güləşçi ilə turnirdə ölkəmizi təmsil edir. Ruslan Qasımov (50 kq), Pərviz İbrahimov (55 kq), Hüseyn Nəsirov (60 kq), Kamran Yunusov (74 kq) və Pərviz Axundov (84 kq) sərbəst güləşçilərin yarışında iştirak edəcək.

Yunan-Roma güləşi yığmamız 8 idmançı ilə təmsil olunur. Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Sakit Quliyev (55 kq), Rövşən Tağıyev (60 kq), Elman Muxtarov (60 kq), Ceyhun Əliyev (66 kq), Toğrul Yunisli (74 kq), Şamil Ertuqanov (74 kq), Fuad Əliyev (84 kq) və Hacımurad Çöpsiyev (96 kq) Ankaraya yola düşüb.

XƏBƏR LENTİ