Azərbaycan Yaponiyada 8-ci oldu

Sayta qoyulub: 11:12 27.05.2012 (273 dəfə oxunub)

Azərbaycanın güləş üzrə qadınlardan ibarət yığma komandası Yaponiyanın paytaxtı Tokionun “Yoyoqi” milli stadionunda keçirilən Dünya Kuboku turnirində iştirak edib.  Yaponiya ilə yanaşı, Kanada, Monqolustan, ABŞ, Rusiya, Çin və Ukrayna yığmalarının qatıldığı turnirdə Azərbaycan millisi məşqçilər Aslan Ağayev və Mehman Nəcəfovun rəhbərliyi altında yarışıblar.

Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli referi Qərib Əliyev hakim kimi ölkəmizi Dünya Kubokunda təmsil edib. Anjela Doroqan (48 kq), Nigar Əhmədova (51 kq), Sona Əhmədli (55 kq), İrina Netreba (59 kq), Anna Belyayeva (63 kq), Gözəl Zutova (67 kq), Natalya Palamarçuk (72 kq) və Yarina Dubrovskadan (55-59 kq) ibarət olan komandamız mayın 27-də VII yer uğrunda ABŞ yığması ilə mübarizə aparıb. Görüş 5:2 hesabı ilə ABŞ komandasının qələbəsi ilə başa çatıb. Beləliklə, qızlarımız VIII yerlə kifayətlənməli olublar.

XƏBƏR LENTİ