"Böyük dəbilqə"də Azərbaycan qarşıdurması

Sayta qoyulub: 11:24 27.05.2012 (325 dəfə oxunub)

Rusiyada cüdo üzrə böyük dəbilqə turniri davam edir. Turnirin ikinci günündə olimpiya çempionumuz Elnur Məmmmədli mübarizəyə qoşulub. 90 kq çəki dərəcəsində qüvvəsini sınayan Elnur ilk görüşündə milli komandamızın digər üzvü Ramin Qurbanovu məğlub edib. Növbəti görüşdə onun rəqibi rusiyalı Maqomed Maqomedov olacaq.

100 kq çəki dərəcəsində də iki Azərbaycan cüdoçusu qarşılaşıb. Elmar Qasımov Elxan Məmmədovu məğlub edib. İndi növbəti mərhələdə idmançımızı Özbəkistandan Ramziddin Saidovla görüş gözləyir. 

Qeyd edək ki, nokaut sistemi ilə keçirilən turnirin birinci günü İlqar Müşkiyev bürünc medal qazanıb.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ