Bakıda keçiriləcək Dördlər finalının iştirakçıları bəllidi

Sayta qoyulub: 00:17 03.03.2012 (1009 dəfə oxunub)

Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının Bakıda keçiriləcək “Dördlər finalı”nın iştirakçıları müəyyənləşib. Martın 23-26-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunacaq yarışda “Dinamo” (Rusiya, Kazan) “Fenerbahçe” (Türkiyə) ilə, “Kann” (Fransa) isə “Villa Kortese” (İtaliya) ilə qarşılaşacaq.
 
Xatırladaq ki, turnirdə mübarizə aparan komandalarımız – “Azərreyl” və “Rabitə” 1/4 final mərhələsində müvafiq olaraq “Dinamo” və “Fenerbahçe”yə məğlub olaraq yarışda iştiraklarını dayandırdılar.
  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ